Formal security policy model

Təhlükəsizlik siyasətinin formal modeli − təhlükəsizlik siyasətinin ciddi riyazi təsviri. Sistemin başlanğıc vəziyyətinin təsvirini, sistemin bir vəziyyətdən digərinə keçid üsullarını, həmçinin təhlükəsiz vəziyyətin müəyyən edilməsini nəzərdə tutur. Etibarlı hesablama bazasının əsası kimi qəbul edilməsi üçün modeldə aşağıdakı müddəaların formal isbatı olmalıdır: - sistemin başlanğıc vəziyyəti təhlükəsizdir; - əgər modelin müəyyən etdiyi bütün təhlükəsizlik şərtləri ödənirsə, onda sistemin bütün sonrakı vəziyyətləri təhlükəsiz olacaqdır. Formal modelə misal Bell-LaPadula modelidir.
Footprinting
Fortezza
OBASTAN VİKİ
Formal
Formal – 1)rəsmi, qanuni formaya uyğun olan. Məsələn, formal sübut, formal təsir; 2)yalnız forma (zahir) üçün olan, işin həqiqi vəziyyəti ilə hesablaşmayan, rəsmiyyətçilik xatirinə olan. Formal məntiq – təfəkkürün elementar qanun və formaları haqqında elm. Formal məntiq – təfəkkür haqqında elm. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Model
Model (fr. modèle, lat. modulus — "ölçü, analoq, nümunə") – orijinalın hər hansı bir xüsusiyyətlərinin öyrənilməsini təmin edən obyekt-orjinalın əvəzcisidir. Mülahizələri sadələşdirən və hadisələrin təbiətini dəqiqləşdirən eksperiment keçirilməsinə imkan verən məntiqi sxemlər və məntiqi quruluşlar model adlandırılırlar. Gerçək şəraitin və ya obyektin riyazi, yaxud qrafik təsviri; məsələn, kainatda maddələrin paylanmasının riyazi modeli, işgüzar əməliyyatların (ədədi) modeli elektron cədvəl, yaxud molekulun qrafik modeli. Modellər, ümumiyyətlə, dəyişdirilə və ya idarə oluna bilər, buna görə də onların yaradıcıları gerçək şəraitə necə təsir etməyi görməyə cəhd edə bilər. Zaman-zaman fiziki modellərdən (maketlərdən) istifadə olunması çoxlu sayda insanın həyatını xilas etmiş, külli miqdarda xərclərdən və vaxt itkisindən azad etmişdir. Əksinə, fiziki modellərdə alınmış nəticələrin nəzərə alınmaması fəlakətlərə səbəb olmuşdur. Bu baxımdan 1870-ci ildə İngiltərədə hazırlanmış "Captain" zirehli gəmisi ilə bağlı hadisə çox ibrətamizdir. XIX əsrin ortalarında metallurgiyanın inkişafı və buxar maşınlarının yaradılması nəticəsində ağacdan hazırlanmış yelkənli gəmilərdən metal gəmilərə keçid başlanıldı.
Formal dillər
Formal dillər — insanın müxtəlif fəaliyyət sahələri üçün yaradılmış və öz əlifbası, qrammatik qaydaları, sintaksisi olan xüsusi dillərdir. Riyazi məntiq və riyazi proqramlaşdırma dillərini formal dillərə aid ən önəmli nümunələr olaraq qeyd etmək olar. Formal dillərin hamısı müəyyən şəxslər tərəfindən yaranıb. Formal dillər elm və texnikada geniş istifadə olunur.Elmi tətqiqatlarda və praktiki fəaliyyətdə formal dillər təbii dillərlə paralel istifadə olunur. Bunlardan biri digərini tam əvəz edə bilməz. Təbii dil daha güclü ifadə imkanlarına malik olsa da,formal dil biliyin daha dəqiq təqdimatı cəhətdən üstündür. == Tarixi == Riyaziyyatın bütün inkişaf tarixində müxtəlif obyektləri və anlayışları işarə etmək üçün həmişə simvolik işarələrdən istifadə olunmuşdur.Lakin işarələrdən başqa hər zaman təbii dillərdən də istifadə olunmuşdur.Elmin inkişafının müəyyən mərhələsində,əsasən ΧVΙΙ əsrdən başlayaraq,riyazi analizin ciddi məntiqi təhlilini və teoremlərin hökmlərini əsaslandırmaq üçün yeni bir yanaşmaya ehtiyac yarandı.Riyazi nəzəriyyələrin ciddi formalarla təqdimatı olmadan bir sıra məsələlərin həllinin mümkünsüzlüyü aydın oldu.Beləliklə,ΧΧ ərdən etibarən formal dillər yaranmağa başladı. == Formal dillər üzərində əməliyyatlar == === Dil, onun əlifbası və söz === Hər bir dil informasiyanı qarşı tərəfə çatdırmaq üçün istifadə olunur.Qarşı tərəf dedikdə insan,kompüter və s. nəzərdə tutulur.Dil informasiyanı birbaşa,yaxud dolayı yolla çatdırır.Dillər sintaksis və semantikadan ibarət olur.Sintaksis cümlənin quruluşunu müəyyənləşdirmək üçün istifadə olunur,semantika isə cümlənin mənasını müəyyənləşdirir.Semantika sözlərin və cümlələrin məzmununu düzgün qurmağa xidmət edir.Simvollar çoxluğuna əlifba deyilir,əlifba-simvolların nizamlanmış çoxluğudur.Əlifbaya ixtiyari simvollar:hərflər,ədədlər,heroqliflər,yol nişanları və s. daxil ola bilər.Simvolların müəyyən sintaksis qaydalar ilə düzülüşündən əmələ gələn konstruksiyaya söz deyilir.Sözdəki simvolların sayına sözün uzunluğu deyilir.Tutaq ki,A={a1,a2,…,an} hər hansı əlifbadır.Verilmiş əlifbada bütün sonlu sözlərdən(yəni uzunluğu sonlu olan)ibarət çoxluğa universum deyilir,bunu A* ilə işarə edək.Aydındır ki,bu çoxluğun gücü hesabidir.Verilmiş B={0,1} əlifbasının universumu B*={0,1,00,01,10,11,000,001,…} olar.Heç bir simvolu olmayan sözə "boş söz" deyilir və {e} ilə işarə olunur.Universumdan {e} sözünün kənarlaşması ilə alınan çoxluq A+=A*\{e}.
Formal məntiq
Formal məntiq — İnsan mühakimələrinin konkret məzmununu nəzərə almadan onların formasını — (strukturunu), quruluşunu öyrənir. Başqa sözlə, formal məntiq konkret məzmunu nəzərə almadan əqli nəticə və isbat qaydalarında, mühakimə, anlayışlar arasında əlaqənin və məntiqi nəticə çıxarılmasının qanunlarını öyrənir. Formal məntiqin əsasını Aristotel qoymuşdur. Formal məntiq – təfəkkür haqqında elm. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Formal qrammatika
Formal qrammatika — dedikdə elə qaydalar sistemi başa düşülür ki, onun vasitəsilə verilmiş formal dilin(yalnız bu dilin) düzgün sözləri qura bilir. Qrammatika vasitəsilə qurulan formal dilin sözlər çoxluğu sonlu, sonsuz, və ya boş çoxluq ola bilər. Qrammatika sözlər çoxluğunu ixtiyari qaydada qura, yaxud müəyyənləşdirə bilər. Beləliklə, qrammatika sözlərin daxili quruluşunun qanunlarını açıqlayır ki, bunlara sintaksis deyilir. Formal qrammatika— müəyyən sintaksis nəzəriyyə çərçivəsində qurulan qrammatik riyazi modeldir. == Formal qrammatikanın növləri == Alqoritmik nöqteyi-nəzərdən formal qrammatikaların aşağıdakı növləri var: Tanıyan qrammatikalar: Bu qrammatikalar bir növ elə qurğudur ki, bunun girişinə daxil olan söz verilmiş dilə aiddirsə, "hə", aid deyilsə- "yox" çap olunur. Sadalayan qrammatikalar: Bu qrammatikalar verilmiş dilin bütün sözlərini bir-bir çap etməklə(sadalamaqla) iş görür. Aydındır ki, dilin sözlərinin sayı sonsuz olarsa, qrammatika heç zaman dayanmayacaq. Ancaq qrammatikanı məcburi o zaman dayandırmaq olar ki, lazım olan söz çap olunmuşdur. Doğuran qrammatikalar: Bunlar elə "qurğu"dur ki, dilin lazımlı sözlərini qurur.
Formal sistem
Formal sistem, Aksiomatika — Riyaziyyat elminin bu və ya digər sahəsinin aksiomları sistemidir. Məsələn, Elementar həndəsənin 25-ə yaxın aksiomu, Ədədlər meydanının 9 aksiomu, və s. var. Aksiomlar üzərinə üç tələb qoyulur: Aksiomlar sisteminin ziddiyyətsizliyi. Yəni bu sistemdən məntiqi mühakimə ilə bir-birini inkar edən iki təklif alınmasın. Aksiomlar sisteminin asılı olmaması. Yəni aksiomlar sisteminin heç bir aksiomu məntiqi mühakimələrlə sistemin digər aksiomlarından alınmasın. Başqa sözlə, aksiomlar sisteminin asılı olmaması tələbi bu sistemdəki aksiomların sayını minimuma endirir. Aksiomlar sisteminin tamlığı. Yəni ziddiyyətsiz aksiomlar sisteminin ixtiyari iki modeli (interpretasiyası) izomorfdur.
Microsoft Security Essentials
Microsoft Security Essentials — Microsoft tərəfindən hazırlanmış antivirus proqramı. Windows XP, Vista və 7 üçün sadəcə kiçik bizneslər və son istifadəçilər üçün sərfəlidir. 14 yanvar 2020-ci ildə Microsoft Security Essentials antivirus dəstəyi bitdi və Windows Defenderli olan Windows 10-a keçməsini tövsiyə edir.
Geosentrik model
Dünyanın geosentrik sistemi — dünyanın quruluşu haqqında ilk təlimlərdən biri. Bu təlimə görə Yer dünyanın mərkəzində tərpənməz durur və bütün göy cisimləri onun ətrafında fırlanır. Bu sistemi Ptolomey "Almagest" əsərində müntəzəm şərh etmişdir. Təlim XVI əsrə qədər hökm sürmüşdür. Dinin müqavimətinə baxmayaraq, bu təlimi dünyanın heliosentrik sistemi təlim ilə əvəz olunmuşdur.
Makroiqtisadi model
Makroiqtisadi model (ing. Macroeconomic model) — ölkənin və ya bölgənin iqtisadiyyatındakı problemlərin işini təsvir etmək üçün hazırlanmış analitik bir vasitədir. Bu modellər ümumiyyətlə istehsal olunan məhsul və xidmətlərin ümumi həcmi, ümumi qazanc, istehsal mənbələrindən istifadə səviyyəsi və qiymət səviyyəsi kimi cəmlənmiş miqdarların müqayisəli statikasını və dinamikasını öyrənmək üçün hazırlanmışdır. Makroiqtisadi modellər məntiqi, riyazi və / və ya hesablama ola bilər; müxtəlif növ makroiqtisadi modellər fərqli məqsədlərə xidmət edir və fərqli üstünlük və mənfi cəhətlərə malikdir. Makroiqtisadi modellər əsas nəzəri prinsipləri aydınlaşdırmaq və göstərmək üçün istifadə edilə bilər; bunlar müxtəlif makroiqtisadi nəzəriyyələri yoxlamaq, müqayisə etmək və miqdarını təyin etmək üçün istifadə edilə bilər; ssenarilər yaratmaq üçün istifadə edilə bilər (ümumiyyətlə pul, maliyyə və ya digər makroiqtisadi siyasətlərdəki dəyişikliklərin təsirini proqnozlaşdırmaq üçün); və bunlardan iqtisadi proqnozlar vermək üçün istifadə edilə bilər. Beləliklə, makroiqtisadi modellər tədris və tədqiqat üçün akademik dairələrdə geniş istifadə olunur və beynəlxalq təşkilatlar, milli hökumətlər və daha böyük şirkətlər, iqtisadi məsləhətçilər və düşüncə mərkəzləri tərəfindən də geniş istifadə olunur. == Növləri == === Sadə nəzəri modellər === Az sayda tənlik və ya diaqram daxil olan makroiqtisadiyyatın sadə dərslik təsvirlərinə tez-tez "modellər" deyilir. Buna misal olaraq IS-LM modeli və Keynsçilik makroiqtisadiyyatın Mandell-Fleminq modeli, eləcə də neoklassik böyümə nəzəriyyəsinin Ramsey — Kass — Kumpas modeli daxildir. Bu modellərin bir neçə ortaq cəhəti var. Bunlar çoxsaylı dəyişənləri əhatə edən çoxsaylı tənliklərə əsaslanır və bunlar tez-tez sadə diaqramlardan istifadə etməklə izah edilə bilər.
Rola (model)
Rola (ローラ, Rora) və ya əsl adı ilə Eri Sato (佐藤えり, Sato Eri, 30 mart 1990, Tokio[d]) – Yaponiya dəb modeli, televiziya şəxsiyyəti, actress aktrisası və müğənnisi. Atası banqladeşlidir, anası ilə rus-yapon qarışığıdır. Model kimi "Vivi" jurnalındakı işlərinə və modellik reklamlarına görə tanınır. 2011-ci ildən etibarən tez-tez Yaponiya televiziyasında çıxış edərək tarento kimi tanınmışdır. Sosial mediada ən çox təqib edilən Yaponiya məşhurlarından biridir. Yaponiyada Libera Production agentliyi ilə əməkdaşlıq edir. Rola 30 mart 1990-cı ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur. Atası banqladeşlidir, anası isə yapon-rus qarışığıdır. 9 yaşına kimi əsasən Banqladeşdə böyümüşdür və orada Amerikan beynəlxalq məktəbində oxumuşdur. Valideynləri boşandıqdan sonra çinli olan ögey anası tərəfindən böyüdülmüşdür.
Standart Model
Standart Model — hissəciklər fizikasına aid nəzəriyyədir. Standart Model (SM) fundamental qarşılıqlı təsir qüvvələrini və bu qüvvələrdə elementar hissəciklərin rolunu öyrənir. Standart Model nəzəriyyəsinə görə Kainatdakı bütün materiya fermionlardan (kvarkların və leptonların aid olduqları hissəciklər ailəsi) yaranmışdır. Məsələn, proton iki yuxarı və bir aşağı kvarkdan ibarətdir. Fermionlar bir birinə qarşılıqlı təsir qüvvələri vasitəsilə təsir edirlər. Məsələn, protonun ibarət olduğu kvarklar bir birilə güclü qüvvə (ingiliscə, strong force) adlanan təsirlə bağlıdırlar. Belə ki, güclü qüvvə protonu hissələrə bölünməyə qoymur. Belə qarşılıqlı təsir qüvvələrinin sayı dörddür: elektromaqnetizm, qravitasiya, zəif nüvə qüvvəsi, güclü qüvvə. Bu qarşılıqlı təsir qüvvələri boson adlanan (fotonun da daxil olduğu hissəciklər qrupu) hissəciklərlə keçir (və ya daşınır). Məsələn, protonun hissələri arasındakı güclü qüvvə qluon adlanan boson vasitəsilə keçir.
Valter Model
Otto Moris Valter Model (alm. Otto Moritz Walter Model‎; 24 yanvar 1891[…] – 21 aprel 1945[…], Ratingen, Prussiya[d]) — alman hərb xadimi, general-feldmarşal.
Əlaqəli model
Əlaqəli model (ing. Relational model) — verilənlərin əlaqələr əsasında təşkil olunduğu model; çağdaş verilənlər bazalarının idarəolunması sistemlərinin əksəriyyətində bu model gerçəkləşdirilib. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Anatomik model
Anatomik model — tibbi və bioloji təhsil üçün istifadə edilən insan və ya heyvan anatomiyasının üçölçülü (3D) təsviri. == Modelin xüsusiyyətləri == Model anatomiyanı qismən parçalanmış göstərə bilər və ya tələbəyə modelləşdirilmiş bədən hissələrini çıxarıb yoxlamağa imkan verən çıxarıla bilən hissələrə malik ola bilər. Bəzi modellərdə uniseks modelin istənilən cinsdən olan şəxsi təmsil etməsinə imkan verən dəyişdirilə bilən cinsi əlavələr və digər dəyişdirilə bilən hissələr ola bilər. == Anatomiyanın 3D kompüter modelləri == Anatomiyanın 3D kompüter modelləri indi alternativ olaraq mövcud olsa da, fiziki anatomik modellər hələ də anatomiyaya dair fikir təmin etməkdə üstünlüklərə malikdir. == Həmçinin bax == Anatomiya Müqayisəli anatomiya == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Anatomik model ilə əlaqəli mediafayllar var.
İqtisadi model
İqtisadçılar öz təcrübəsində ən müxtəlif modellərdən istifadə edirlər. Bu modellər diaqramlardan, cədvəllərdən, bərabərliklərdən ibarət olur. İqtisadi modellərdə də bir çox hissələr, məlumatlar çatışmır. Buna baxmayaraq, əslində onların çatışmazlığı bizə həqiqətən mühüm olan şeyi dərk etməyə imkan verir. İqtisadçının modeli də bütün iqtisadi amilləri nəzərə ala bilmir. Bütün modellər müəyyən fərziyyələr və ehtimallarla qurulmuşdur. İqtisadçılar öz təhlillərində öyrənilən məsələyə dəxli olmayan amillərin iştirak etməsinə yol vermirlər. İqtisadiyyat müxtəlif fəaliyyət növləri ilə — alıcılıqla, satıcılıqla, işlə, muzdlu əməklə, istehsalla və s. məşğul olan milyonlarla insanlardan ibarətdir. Onun necə qurulduğunu dərk etmək üçün bizim düşünmə tərzimizi sadələşdirən üsulun tapılması zəruridir.
Faydalı model
Faydalı model — cihazla bağlı ixtiraya bənzər qeyri-maddi əqli hüquqların obyekti (texniki həll). Faydalı modellər üçün patent qabiliyyəti üçün daha az sərt şərtlər, daha qısa müddətlər və ərizəyə baxılması üçün sadələşdirilmiş prosedurlar müəyyən edilir. Bu üstünlüklərin qiyməti qısaldılmış patent müddətidir - 10 il (2014-cü ildən — uzadılma imkanı olmadan). == Avropada == Faydalı modellər Roma-Alman hüquq ailəsinin ştatlarının böyük əksəriyyətində və bəzi kontinental hüquq ştatlarında qorunur (ABŞ və Böyük Britaniyada faydalı modellər üçün heç bir mühafizə yoxdur). Rusiyada olduğu kimi, faydalı modellərə daha az sərt tələblər qoyulur, adətən qeyri-aşkarlıq (ixtiraçılıq mərhələsi, ixtiraçılıq mərhələsi) tələb olunmur. Macarıstan, Almaniya və İspaniyada faydalı modellərə mütləq dünya yeniliyi deyil, nisbi yenilik şərti tətbiq edilir (yəni yeniliyə müəllif hüququndan azadolma nəzərdə tutulur). Nadir hallarda, cihaza əlavə olaraq, bir metod faydalı model kimi qoruna bilər (Ukrayna, Avstriya, Estoniya, Fransa, İrlandiya, Portuqaliya). Faydalı model patentinin ümumi qəbul edilmiş qüvvədə olma müddəti 10 ildir.
Kompüterin formal modeli
1936-cı ildə alqoritmlərin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş kompüterin formal modeli, amerikalı alim Emil Post (Emil Leon Post), praktiki modeli isə ingilis riyaziyyatçısı Alan Türinq (Alan Turing) tərəfindən eyni zamanda yaradılmışdır. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Lambda-CDM model
ΛCDM (Lambda soyuq qaranlıq maddə) və ya Lambda-CDM modeli —kainatın lambda (yunan Λ) adlı qaranlıq enerji və soyuq qaranlıq maddə ilə əlaqəli kosmoloji sabitliyi olan Big Bang kosmoloji modelinin parametrləşdirilməsidir (qısaldılmış CDM). Tez-tez Big Bang kosmologiyasının standart modeli kimi adlandırılır, çünki bu, kosmosun aşağıdakı xüsusiyyətlərini yaxşı bir hesabla təmin edən ən sadə modeldir: kosmik mikrodalğalı fonun varlığı və quruluşu qalaktikaların paylanmasında geniş diametrli quruluş hidrogenin (deuterium daxil olmaqla), helyumun və lityumun bolluqları uzaq qalaktikalardan və supernovalardan işıqda müşahidə olunan kainatın sürətləndirən genişlənməsi Model ümumi nisbilik kosmoloji miqyasda doğru çəki nəzəriyyəsidir. 1990-cı illərin sonlarında razılaşma kosmologiyası olaraq ortaya çıxdı, bir müddət sonra, kainatın fərqli müşahidə edilən xüsusiyyətləri bir-birinə qarşı çıxdı və kainatın enerji sıxlığının meydana gəlməsində bir fikir birliyi yox idi. ΛCDM modeli cosmologic inflyasiya, kvintessensiya və kosmologiya sahəsindəki spekulyasiya və tədqiqatın mövcud sahələri olan digər elementləri əlavə etməklə genişləndirilə bilər. Bəzi alternativ modellər ΛCDM modelinin fərziyyələrinə meydan oxuyur. Bunların nümunələri Nyuton dinamikasını dəyişmişdir, dəyişiklik çəkisi, kainatın maddə sıxlığında genişmiqyaslı varyasyon nəzəriyyələri və boş məkanın qeyri-invariantlığıdır. == Baxış == Ən müasir kosmoloji modellər kosmoloji prinsipə əsaslanaraq, kainatdakı müşahidəçi mövqeyimizin qeyri-adi və ya xüsusi olmadığını bildirir; böyük miqyasda kainat bütün istiqamətlərdə (izotropiya) və hər yerdən (homojenliyə) eyni görünür. Model, uzaqlıqdakı qalaktikalarrdan işıqda görkəmli spektral eniş və ya emissiya xətlərinin qırmızı sürüşməsi və supernova luminosity curves yüngül çöküntü zaman dilatasiyası kimi yaxşı sənədləşdirilmiş metrik sahə genişləndirilməsini ehtiva edir. Hər iki təsir elektromaqnit şüalanmasında bir Doppler köçürməsinə aid edilir, çünki genişlənən yer üzərində hərəkət edir. Bu genişlənmə paylaşılan qravitasiya təsiri altında olmayan obyektlər arasındakı məsafəni artırsa da, məkandakı obyektlərin (məsələn, qalaktikalar) ölçüsünü artırmaz.
Lü Ven (model)
Lü Ven (çin. 刘雯; 27 yanvar 1988, Yunçjou[d], Xunan) – Çin modeli. 2012-ci ildə "The New York Times" tərəfindən "Çinin ilk supermodeli" adlandırılmışdır. Ven Victoria's Secret Dəb Şousunda podiuma çıxan ilk çinli modeldir. O, Estée Lauder kosmetika brendinin mətbuat katibi olmuş ilk şərqi-asiyalı, "Forbes" jurnalının ən çox qazanan modellər siyahısına düşən ilk asiyalı qadındır. 2017-ci ildə "American Vogue" jurnalının üzlüyündə görünən ikinci çinli model olmuşdur. 2020-ci ilin aprelində ikinci dəfə bu jurnalın üzlüyündə yer alaraq bunu bacaran ilk çinli model olmuşdur. Hazırda The Society Management ilə əməkdaşlıq edir və Nyu-York şəhərində aktiv fəaliyyət göstərir. == İlk illəri == Lü Çinin Xunan əyalətinin Yunçjou şəhərində doğulmuşdur. Sinif yoldaşları arasında ən hündürboy qız olduğu üçün onda əyilmə vərdişi yaranmış və qaməti əyriləşmişdi.
Model-View-Controller
Model-View-Controller (MVC, «model-görünüş-müfəttiş») — istifadəçi interfeysi qurmaq üçün proqram təminatının arxitekturasıdır. İlk dəfə 1979-ci ildə bu arxitekturanı Trygve Reenskaug "Smalltalk-76"-da Xerox PARC ziyarət edəndə təqdim etmişdi. 1980-ci ildə, Cim Althof və başqaları MVC üçün Smalltalk-80 sinif kitabxanasını həyata keçirdilər. MVC modelinin əsas komponenti model - proqramın problemli hissəsini əhatə edir, istifadəçi interfeysindən asılı olmayaraq. Model qeyd-şərtsiz məlumatları, mənitiqi və tətbiq qaydalarını idarə edir. View - informasiyanın göstərilməsinə cavabdehdi. Çox vaxt pəncərə interfeysindən istifadə edilir. Controller - model və view arasınd əlaqəni təmin edir.
Nozomi Sasaki (model)
Nozomi Sasaki (佐々木 希, Sasaki Nozomi, 8 fevral 1988, Akita) – Yaponiya qlamur modeli və keçmiş dəb modeli. Yeddi il dəb modeli kimi işlədikdən sonra qravür idolu kimi məşhurlaşmış, 2009-cu ildən "Dream" qarışıq döyüş sənətləri turnirinin və "K-1" kikboksinq yarışının şərhçilərindən biri olmuşdur. 2008-ci ildən bəri 8 fotokitab və 3 DVD buraxmış, bir çox televiziya, jurnal və reklamlarda görünmüşdür. Dəb və kosmetika reklamları ilə yanaşı Coca-Cola şirkətinin yaşıl çay məhsulları, Suntory firmasının 3 içki məhsulu, So-net, Willcom, Fujifilm, Kao, Rohto Pharmaceutical şirkətlərinin reklamlarında oynamışdır. Seiko şirkəti Tisse brendini ona həsr etmişdir. 2010-cu ilin iyununda ona həsr olunmuş Cotton Cloud aksessuar brendi yaradılmış və Haracukuda ilk mağazası açılmışdır. 2010-cu ildə musiqi karyerası başlamış və "Kamu to Funyan" (噛むとフニャン) sinqlı ilə debüt etmişdir. Bu sinql Lotte Fit firmasının saqqız reklamlarında istifadə olunmuşdur. Sasakinin debüt albomu olan "Nozomi Collection" 18 aprel 2012-ci ildə buraxılmışdır. 2017-ci ildə komediyaçı və aparıcı Ken Vatabe ilə evlənmişdir.
Remington Model 700
Remington 700 (Reminqton 700) — ABŞ istehsalı tüfəng. Fərqli patronlara uyğun fərqli modifikasiyaları mövcuddur. Standart patron 7,62×51 mm Nato (.308 Win)-dir. Texniki olaraq darağlı, sürüşgən çaxmaq mexanizmli tüfənkdir. Patron tutumu modifikasiyadan asılı olaraq 3 və ya 5 ola bilər. Remington Arms şirkətinin ən məşhur məhsuludur. Tüfənk fərqli istehsalçılardan tərəfindən hazırlanmış nişangahlarla istifadə edilir. Geweht 98 tüfənginə əsasən hazırlanmışdır, istehsala isə 1962-ci ildə başlanmışdır. Modelin fərqli modifikasiyaları var və ABŞ-də .177 Rem (4,5 mm), .338 Lapua Magnum (8,6 mm) kalibrli snayper, idman və ya ov tüfənkləri kimi istifadə edilir. Silah yüksək keyfiyyətə malikdir.
Tesla Model 3
Tesla Model 3 — orta ölçülü, 4 qapılı, elektriklə işləyən, Tesla şirkəti tərəfindən hazırlanan avtomobil. Model 3-ün məhdud sayda istehsalı 2017-ci ilin İyul ayından başlayıb, və ilk 30 avtomobil sahiblərinə İyulun 28-i 2017-ci ildə verilib. Teslanın CEOsu Elon Musk 2017-ci ilin Dekabrına qədər 20 000 avtobil istehsal edəcəklərini gözlədiklərini deyib, bu ümumi istehsal qabiliyyətinin 60 faizini təşkil edir. 2016-cı ildə Model 3-ün planını elan etdikdə, ilk bir həftəyə 325 000 onlayn avtomobil sifariş (reserv) verilmişdir. Bu sifarişlərin ümumi məbləği 14 milyard dollar edir. 2017-ci ilin may ayına olan məlumata görə isə 400 000 və 500 000 arasında Model 3 sifariş verilib, amma Tesla özü maliyyə hesabatlarında bu barədə bir rəqəm açıqlamayıb.
Model (musiqi qrupu)
Model — 2005-ci ildə "A Due Carmen" adı ilə yaradılan və sonradan 2008-ci ildə "Model" adını alan Türkiyənin alternativ rok qrupudur. 2005-ci ildə "A due Carmen" adı ilə Okan Işık (gitaraçı), Aşkın Çolak (zərb alətləri) və Can Temiz (bas gitara) tərəfindən yaradılmışdır. 2007-ci ildə vokalda Fatma Turqut və gitarada Serkan Gürüzümcü qrupa qoşuldu və daha sonraki il qrupun adı "MODEL" olaraq dəyişdirildi. Onun ilk albomu "Perili Sirk" 2009-cu ildə GNL Entertainment-in dəstəyi ilə işıq üzü görüb. "Olmaz" mahnısı diqqət çəkib və albomda Levent Yüksellə ifa etdiyi "Bak Bir Varmış Bir Yokmuş" dueti yer alıb. Model albom və səhnə işlərindən əlavə şirkətlər üçün hazırladığı sinqıllarla da adından söz etdirib. Brend Konfransı üçün 10-cu Yubiley Himni, 1 sınqıl və 1 intro bəstələdi. 2009 və 2010-cu illərdə konfransın musiqi koordinatoru olub. Qrup 2010-cu ildə Efes Pilsenin "Küçədə Həyat Var" layihəsində iştirak edib. 25 sentyabr 2010-cu ildə Antalyada keçirilən Efes Pilsen One Love Festivalında iştirak etmişdir.
Packard Model G
Packard Model G — 1902-ci ildə keçmiş Amerika avtomobil istehsalçısı Ohio Automobile Company tərəfindən istehsal edilmiş iki silindrli avtomobildir. Yalnız 4 nüsxə istehsal olunub. Təkər bazası 2,3 metr və arxada əlavə qapısı olan açıq kuzovlu avtomobilə səkkiz sərnişin yerləşə bilirdi. Ön və arxada iki yanacaq çəni yerləşir.